Xaçmazda tövlə və 1000-ə yaxın ot bağlaması yanıb

22:56 13.07.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İyulun 13-ü günorta saatlarında Xaçmazda yanğın hadisəsi qeydə alınıb.

Hafta.az xəbər verir ki, rayonun Çarxı kəndində Fərziyev Rüstəmə məxsus həyətdə tövlə və 1000-ə yaxın ot bağlaması yanıb.

Hadisə nəticəsində ev sahibinin qış üçün tədarük etdiyi 3 tona yaxın taxılı da yanaraq yararsız vəziyyətə düşüb. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.