“Xaricdən gələnlərin Azərbaycanda ov eləməsinə qadağa qoyulmalıdır” - Sabir Rüstəmxanlı

16:00 17.10.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

 

“Dünyanın müxtəlif ölkələrindən Azərtbaycana gəlib burada ovçuluqla məşğul olanların sayı artıb. Ərəb ölkələrindən müəyyən vəsaitlə gəlirlər və  Azərbaycan büdcəsinə ciddi xeyir vermədən nadir heyvanların kökünü kəsirlər”. 

Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Sabir Rüstəmxanlı bildirib.

Deputat bu məsələ ilə bağlı çoxlu şikayətlərin olduğunu deyib.  Müvafiq qurumları  bu məsələdə ciddi qayda yaratmağa çağırıb.

Ov mövsümündə Qızılağac qoruğuna getdiyini və orada sanki bir müharibə ilə qarşılaşdığını deyən deputat buna son verilməsinin zəruriliyini önə çəkib.

“Səhərdən  axşama qədər silah səsləri, atışma eşidilir. Bu səsə hansı quş gələr?  Qızılağac qoruğu indi əvvəlki qoruq deyil. Dağlarda qalan müəyyən  təbii sərvətləri var. Onların da kökününü kəsilməsinə yol vermək olmaz. Xaricdən gələnlərin ov eləməsinə qadağa qoyulmalıdır”.