Xəbər başlıqlarında iki nöqtədən sonra necə yazaq? - Açıqlama

14:55 25.12.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Son zamanlar mediada xəbər başlıqlarında çıxışçının sözündən sitat gətirilərkən iki nöqtədən sonra dırnaq işarəsindən istifadə olunmaması hallarına rast gəlinir. Bu hal həm çap, həm də onlayn mediada müşahidə edilir.

Bəs, görəsən, xəbər başlıqlarında iki nöqtədən sonra necə yazılmalıdır?

Bu barədə Hafta.az-a açıqlama verən AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü deyib ki, müəllifin sözündə vasitəsiz nitq gələndə dil qaydalarına görə dırnaq işarəsi qoyulur: “Amma müasir mətbuatın öz özəllikləri var. Dırnaqdan istifadə olunmaması müəllifin fərdi üslubundan da qaynaqlana bilər. Burada ciddi norma pozuntusu yoxdur”.