Xətai rayonunda mənzildə meyit tapılıb

17:15 29.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin 112 - qaynar telefon xəttinə paytaxtın Xətai rayonunda bir nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri mənzilin giriş qapısını açıblar. Mənzildə aşkarlanan bir nəfərin (şəxsiyyəti dəqiqləşdirilir) meyiti aidiyyəti üzrə təhvil verilib.