Xəzər dənizində zəlzələ olub

10:28 20.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzər dənizində maqnitudası 3 olan zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən hafta.az-a verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 07:01-də Cəlilabad stansiyasından 31 kilometr cənub-şərqdə, Masallı rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunmayıb.

Zəlzələnin ocağı 48 kilometr dərinlikdə yerləşib.