Xəzər dənizində zəlzələ olub

21:37 05.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 5-də Xəzər dənizində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən hafta.az-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 19:25-də qeydə alınıb.

Ocağı 15 kilometr dərinlikdə yerləşən zəlzələnin maqnitudası 3.2-ə bərabər olub.