Xəzərdə batanlardan birinin meyiti tapılıb

09:39 30.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzərdə batan balıqçılardan birinin meyiti tapılıb.

Fövqəladə Hallar Nazirliyindən hafta.az-a verilən məlumata görə, 28 iyul 2022-ci il tarixində axşam saatlarında Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində dəniz sahilində 2 nəfərin balıq tutarkən ehtiyatsızlıqdan suya düşərək batdığı bildirilən şəxslərdən biri Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsinin sakini 1992-ci il təvəllüdlü Allahverdiyev Nicat Hüseyn oğlunun cəsədi bu gün səhər saatlarında batdığı yerdən təxminən 200 metr aralıda FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Bakı” dalğıc-axtarış qrupunun dalğıcları tərəfindən tapılaraq dənizdən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Batdığı ehtimal olunan digər şəxsin axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.