Xəzərdə batmaqda olan 3 nəfər xilas edilib

23:50 19.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 nəfər xilas olunub. 

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. 

Bildirilir ki, nazirliyin  Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən "Pirşağı" və "Mərdəkan" sularda xilasetmə məntəqələrinin ərazisində və "Bilgəh" sularda xilasetmə məntəqəsindən kənarda (qeyri-çimərlik ərazi) çimərkən batma təhlükəsi ilə üzləşən biri azyaşlı olmaqla 3 nəfər xilas olunub.

Oxunma sayı 535