Xəzərdə gəmilərin fəaliyyəti bərpa edilib

17:45 25.05.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gündən etibarən “Azərbaycan Xəzər Dəniz Gəmiçliyi” QSC-nin (ASCO) donanmasına daxil olan gəmilər Xəzər akvatoriyasında eyni qaydada fəaliyyətlərini bərpa edib.

Hafta.az xəbər verir ki, bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, hava şəraitinin küləkli olduğu təqdirdə gəmilərə qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi haqqında xəbərdarlıq göndərilir.

"Bu vaxt küləkli hava nəzərə alınaraq həmin günlər gəmilərin təhlükəsiz sığınacaqlara getməsi təmin olunur", - deyə qurum rəsmisi bildirib.

Oxunma sayı 45