Xırdalanda gizli işləyən kafenin sahibi və müştəriləri saxlanılıb - VİDEO

14:46 23.12.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeron rayonu Xırdalan şəhərində xüsusi karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib.

Daxili İşlər Nazirliyindən hafta.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən şəhər ərazisindəki prospektlərdən birində fəaliyyət göstərən obyekt müəyyən olunub.Ora baxış zamanı kafedə olan 7 müştəri və obyektin sahibi saxlanılaraq Polis İdarəsinə gətiriliblər.

Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi inzibati protokol tərtib edilib və cərimələniblər.