Xırdalanda usta eyvandan yıxılaraq ölüb

09:00 05.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Abşeronda usta faciəvi şəkildə ölüb.

Hafta.az xəbər verir ki, hadisə Xırdalan şəhəri, Heydər Əliyev prospektində yerləşən binaların birində qeydə alınıb.

Zaqatala rayon sakini, 1964-cü il təvəllüdlü İbrahim Həsənov ehtiyatsızlıqdan blokun eyvanında tikinti materialları daşıyarkən yıxılıb. O, aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.