Xızıda heroin alverçisi həbs edilib

10:39 31.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin əldə etməsi, saxlaması, daşımasında və satmasında şübhəli bilinən rayon sakini Nurlan Muxtarov saxlanılıb. Həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman 1 kiloqramdan artıq narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Xızı RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.