Xocalı və Xocavənddə yanğına səbəb oldu - SAXLANILDI

09:48 19.08.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqust ayının 18-də Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yerləşən biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunublar.

Hafta.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupunun məlumatında bildirilib. Qeyd edilib ki, araşdırma zamanı yanğını 24 yaşlı Eltun Əliyev və 34 yaşlı Nicat Xubalıyevin ehtiyasızlıqdan törətdiyi məlum olub. Nəticədə 15 hektar ərazidə quru ot yanıb.

Hər iki şəxs saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.