Xoruz döyüşü qan gölünə çevrildi - 19 ölü

17:58 28.03.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Meksikanın Miçoakan ştatında silahlı qruplaşmanın qanunsuz xoruz döyüşlərini aparıldığı ərazidə həyata keçirdiyi hücum nəticəsində azı 19 nəfər həlak olub.

Hafta.az xəbər verir ki, dünən Meksikanın qərbində yerləşən Miçoakan ştatında silahlı qrupun qanunsuz xoruz döyüşdüyü yerə atəş açması nəticəsində azı 19 nəfər həlak olub.

Məhkəmə-tibb ekspertləri həyatını itirən 19 nəfərdən 16-nın kişi, 3-nün qadın olduğunu, çoxlu sayda insanın yaralandığını açıqlayıb.

Şahidlər həmçinin bildiriblər ki, hücum edənlər hadisə yerindən qaçarkən təsadüfi atəş açıblar.

Hücumun səbəbi hələ müəyyən edilməsə də, hücum edənləri tutmaq üçün əsgərlər səfərbər edilib.
Son aylarda Meksikanın müxtəlif bölgələrində silahlı qruplar öz rəqiblərini hədəfə alaraq dəfn mərasimlərinə, barlara və klublara hücum ediblər.