Xüsusi təyinatlı zabit hərbi hissədə intihar etdi

15:45 31.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların zabiti xidmət etdiyi hərbi hissədə intihar edib.

Hafta.az-ın verdiyi xəbərə görə, Daxil Qoşunlarda xüsusi təyinatlı dəstələrdən birinin komandiri, 1989-cu il təvəllüdlü kapitan Məmmədov Alim Nazim oğlu yanvarın 30-da Quba rayonunda ürəyindən tapança ilə atəş açaraq özünü öldürüb.

 Məlumata görə, A.Məmmədov evli olsa da, 10 ilə yaxındır ki, övladı olmurmuş. Yanvarın 28-də  ilk övladı dünyaya gəlib.

 A. Məmmədovun cənazəsi bu gün Qubadan Sumqayıta gətirilərək dəfn edilib. 

Qeyd edək ki, XTD üzvü Alim Məmmədov Vətən Müharibəsində iştirak edərək qəhrəmancasına döyüşüb.  ("Qafqazinfo")