Yad cisim udan körpə əməliyyat olundu

12:56 27.12.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Uşaq Xəstəxanasının Təcili yardım şöbəsində yad cisim udan 4 aylıq körpənin həyatı xilas edilib. Xəstəxanaya çatdırılan körpəyə həzm yolunda yad cisim diaqnozu qoyulub və dərhal əməliyyata götürülüb.

Bu barədə hafta.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, tibb müəssisəsinin həkim-cərrahları Araz Hüseynov və Elnur İsgəndərov tərəfindən icra olunan yad cismin xaric olunması əməliyyatı uğurla başa çatıb.

Körpə zəruri tibbi xidmətlərdən sonra ambulator müalicə üçün evə buraxılıb, vəziyyəti stabildir.