Yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

17:12 14.08.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 15-18-də gündüz saatlarında Böyük Qafqaz zonasının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən xəbərə görə, qısamüddətli leysan olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Bəzi dağ çaylarında sululuğun artacağı, qısamüddətli sel keçəcəyi ehtimalı var.