Yazını böyüt
Yazını kiçilt
Həkimlər 67 yaşlı yapon şahzadəsi Nobukoda döş xərçəngi diaqnozu qoyublar.
Kyodo agentliyinin məlumatına görə, şahzadənin xərçəngi ilkin mərhələdədir. Nobuko xəstəxanaya yerləşdiriləcək və şişin çıxarılması üçün əməliyyat noyabrın 19-na planlaşdırılıb.
Şahzadə Nobuko 2012-ci ildə vəfat edən şahzadə Tomohitonun dul arvadı, Yaponiyanın fəxri imperatoru Akihitonun əmisi oğlu və Yaponiyanın keçmiş baş naziri Taro Asonun kiçik bacısıdır.