Yaponiyada 5,2 bal gücündə zəlzələ olub

09:38 22.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 22-də Yaponiyanın Fukuşima prefekturasının sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Yeraltı təkanların episentri Fukuşima prefekturasının sahillərində, ocağı okeanın dibindən 60 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

“Fukusima-1” AES-in operatoru “Tokyo Power Co.” şirkətinni yaydığı məlumata görə, AES ərazisində ştatdankənar vəziyyət qeydə alınmayıb