Yaşadığı ünvanı tərk edən COVID-19 xəstəsi aşkarlanıb

10:20 21.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Sabirabad rayonu Əlicanlı kənd sakini Alim Ağayevə COVID-19 testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilsə də, adıçəkilən şəxs qaydaları pozaraq yaşadığı ünvanı tərk edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən onun qanunazidd hərəkətinin qarşısı alınıb və yaşadığı ünvana geri qaytarıblar.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırmalar aparılır.