Yeni Günəşlidə yaşayış binalarında dezinfeksiya işləri müntəzəm aparılır

15:11 28.04.2020 Müəllif:Qələndər Xaçınçaylı
Yazını böyüt
Yazını kiçilt

Koronavirusla mübarizə çərçivəsində paytaxtın ayrı-ayrı yaşayış məntəqələrində dezinfeksiya işləri mütəmadi olaraq aparılır.

Belə ərazilərdən biri də Yeni Günəşli qəsəbəsidir. Burada sözügedən işlər Suraxanı rayon NKTB 68 saylı Mənzil Komunal İstismar Sahəsi tərəfindən həyata keçirilir.

İki aya yaxındır MKİS-nin rəisini əvəz edən idarənin mühəndisi Vüqar Məmmədov hafta.az-a COVİD-19-la bağlı görülən tədbirlərdən danışdı. Onun sözlərinə görə, sözügüedən MKİS-nin nəzdində 43 doqquz mərtəbəli yaşayış binası var:

”Karantinlə əlaqədar olaraq güclü iş rejimində çalışırıq. Pandemiya yayımasın deyə mütəmadi olaraq binaların girişlərində, mərtəbələrində, lift və zirzəmilərində, həyət və məhəllələrdə dezinfeksiya işləri aparırıq. Eyni zamanda AB massivində yerləşən 80 və 157 saylı yataqxana binasında da dezinfeksiya işləri bizim tərəfimizdən həyata keçirilir. Ərazilərdən məişət tullantıları vaxtlı-vaxtında daşınır. Eyni zamanda pandemiya ilə bağlı sakinlər arasında maariflənmə işləri də aparırıq”.
Müsahibim söylədi ki, karantin rejimi də olsa, AB massivində təmizlik işlərinə də ciddi fikir verilir: "Parklarda və binaların həyətlərində salınmış yaşıllıqlar, ağac və kollar alaq otlarından təmizlənir, dibləri bellənilir, budama və suvarma işləri aparılır. Çalışırıq ki, ölkə başçısının göstəriş və sərəncamlarını, eləcə də Suraxanı RİH başçısının verdiyi tapşırıqları layiqincə yerinə yetirək”.