Yeniyetmə 14 gün sonra yenidən itkin düşüb

10:24 31.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bakıda 14 gün qabaq itkin düşən 15 yaşlı oğlan yenidən itkin düşüb.

Hafta.az xəbər verir ki, Binəqədi rayon sakini, 2009-cu il təvəllüdlü Nihat Rəhmətulin yanvarın 27-də yaşadığı evdən çıxıb və geri qayıtmayıb.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, 15 yaşlı oğlanın itkin düşməsi ilə bağlı yanvarın 13-də məlumat yayılıb. Polis əməkdaşları tərəfindən onun Gəncə şəhərində atasının yanına getdiyi məlum olmuşdu.

Oxunma sayı 85