Yevlax 26 yaşlı gənc itkin düşdü

17:49 10.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yevlax sakini itkin düşüb.

 

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan hafta.az-a verilən məlumata görə, Yevlax rayon sakini, 1995-ci il təvəllüdlü Elvin Hüseynli itkin düşüb.

 

Bildirilib ki, onunla ailəsi sonuncu dəfə iyul ayının 3-də Bakı şəhərində olarkən əlaqə saxlayıb. Həmin vaxtdan sonra E.Hüsyenlidən heç bir məlumat yoxdur.

 

26 yaşlı E.Hüseynlinin əlamətləri: gözlərinin rəngi qəhvəyi, üzü seyrək tüklü, idmançı bədən quruluşlu, ortaboyludur.

 

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Yevlax Rayon Polis Şöbəsinin 022-33-6-45-02 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.