Yevlaxda maşın aşıb - Bir nəfər ölüb

16:53 08.10.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bi

Yevlaxda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildiriblər ki, Yevlax rayonu ərazisində Z.Hüseynov idarə etdiyi “Niva-Chevrolet” markalı avtomobili aşırıb. Nəticədə onun sərnişini Məhəmməd Əliyev hadisə yerində ölüb, özü isə xəstəxanaya yerləşdirilib.

Hadisə ilə əlaqədar Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.