YUNESKO-nun Ümumdünya İrs Komitəsi Rusiyanın “Kamçatka vulkanları” təbiət ərazisinin beynəlxalq ictimaiyyətin xüsusi diqqətini tələb edən nəsli kəsilməkdə olan obyektlər siyahısına daxil edilməsini tez hesab edib. Bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Viktoriya Abramçenko bildirib.
O qeyd edib ki, 2022-ci ildən Rusiya Təbii Sərvətlər Nazirliyi federal əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazisinin - “Kamçatka vulkanları” layihə adı ilə milli parkın yaradılması üzərində işləyir. 2023-cü il noyabrın 1-dək milli parkın yaradılmasına dair normativ hüquqi aktın hazırlanması üzrə işlər yekunlaşacaq və baxılması üçün Nazirlər Kabinetinə təqdim olunacaq.
Hökumətin bəyanatında deyilir ki, regionda xüsusi mühafizə olunan park statusu bu ərazinin bütövlüyünü, artan turist axınına nəzarəti və müvafiq təhlükəsizlik səviyyəsini təmin edəcək.