Zakir Həsənov Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib - FOTO

17:00 23.10.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənovun Qırğızıstana rəsmi səfəri davam edir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hafta.az-a bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənov Qırğız Respublikasının müdafiə naziri general-leytenant Baktıbek Bekbolotov ilə birgə Bişkekdə “Ata-Beyit” Milli Tarixi-Memorial Kompleksini ziyarət edib.

Abidə önünə əklil qoyulub, 1916-cı ildə baş vermiş faciə qurbanlarının xatirələrinə ehtiram nümayiş olunub.