Zakir Həsənov türkiyəli həmkarını təbrik edib

12:19 30.08.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqustun 30-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə Türkiyə Respublikasının milli müdafiə naziri cənab Yaşar Güler arasında telefon danışığı olub.

Müdafiə Nazirliyindən hafta.az-a verilən məlumata görə, General-polkovnik Z.Həsənov qardaş ölkənin Zəfər bayramı və Silahlı Qüvvələr Günü münasibətilə türkiyəli həmkarını təbrik edib.

Telefon danışığı zamanı, həmçinin ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran bir sıra məsələlər də müzakirə edilib.