Zaqatalada 3 piyadanı avtomobil vurub

19:24 21.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatalada üç piyadanı minik avtomobili vurub.

Hafta.az apa-ya istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunda baş verib. 

Şəki rayon sakini, 1997-ci il təvəlldlü Murad Vüqar oğlu İsayev, Zaqatala rayonu Yeni Suvagil kənd sakinləri 2001-ci il təvəllüdlü Turan Murad oğlu Musayev və 1996-cı il təvəllüdlü Nail Kənan oğlu Eyvazov minik avtomobili tərəfindən vurulub. Qəza zamanı xəsarət alan  piyadalar  Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.