Zaqatalada azyaşlını maşın vurdu

22:51 10.02.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zaqatalada 9 yaşlı uşağı avtomobil vurub.

Hafta.az xəbər verir ki, Zaqatala şəhəri M.Nəzirova küçəsində yaşayan 2012-ci il təvəllüdlü Tahir Seyran oğlu Məmmədov yaşadığı ərazidə minik avtomobilinin zərbəsi ilə üzləşib.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 9 yaşlı T.Məmmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. T.Məmmədova sol topuğun və sol qolun sınığı dioqnozu qoyulub. Müalicəsi xəstəxanada davam etdirilir.

Faktla bağlı araşdırma aparılır (apa).