Zəlzələdən sonra Naxçıvanda hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb - FHN

23:53 28.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyi Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, 28.01.2023-cü il tarixində saat 22:14-də Naxçıvan seysmik stansiyasından 108km cənub-qərbdə, İran İslam Respublikasının Xoy şəhərində 10km dərinlikdə 6,2 maqnituda zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan Muxtar Respublikası ərazisində 5-3 bala qədər hiss olunub.

FHN-dən hafta.az-a bildirilib ki, ilkin məlumata əsasən, zəlzələ nəticəsində Naxçıvan Muxtar Respublikası ərazisində hər hansı dağıntı və ya tələfat qeydə alınmayıb.

Həmçinin, bəzi kütləvi informasiya vasitələrində bu gün axşam saat 22:15 radələrində Gəncə şəhəri istiqamətində 3 bala yaxın zəlzələnin qeydə alınması barədə yayılmış məlumat həqiqətə uyğun deyil.

Oxunma sayı 115