“Bu gün regionun geosiyasi mənzərəsi Xankəndi Zirvəsi, Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin Əbu-Dabi ikitərəfli görüşü, ABŞ-ın Zəngəzur dəhlizinə nəzarət etmək istəkləri, burda Rusiya maraqları və Suriya Prezidentinin Azərbaycana səfəri proseslərin ölkəmizin yaratdığı yeni reallığa əsasən irəlilədiyini göstərir. Ermənistanı sülh sazişinə imza atmaqdan çəkindirən güclərin Zəngəzur marağı artdıqca siyasi ortamın gərginləşəcəyi ehtimalı da güclənir. Eyni zamanda dünya Azərbaycanla hesablaşmağa məcbr qalıb. Deməli, sülh sazişi, Azərbaycanın regiondakı geostrateji rolu ilə qəbul olunur”.
Bunu hafta.az-a açıqlamasında "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov bildirib.

Qeyd edib ki, regionun son geosiyasi, geoiqtisadi mənzərəsi keçirilən mühüm tədbirlər fonunda ölkəmizin yeri və rolunun əhəmiyyətini artırıb.
R.Hüseynov hesab edir ki, böyük güclər bu şəraitdə özləri üçün dvidentlər götürmək istəyəcək:
"Ancaq Azərbaycanın 44 günlük savaşla və aparılan strateji, uzaqgörən siyasətlə ədalətin tam bərpa olunacağını da dərk edirlər. Çünki bunun üçün mühüm bazanın əsası qoyulub. Vaxtilə beynəlxalq ictimaiyyətin ədalət carçıları kimi təqdim etdiyi təşkialatlar bizi işğala alışdırmağa çalışdılar. Ərazilərimizi, suverenliyimizi, ədaləti öz gücümüzə bərpa etdikdən sonra beynəlxal ictimaiyyətin bizə münasibəti dəyişdi. 200-300 illik tarixdə ilk dəfə idi ki, Azərbaycan dövləti işğalda olan tarixi torpaqlarını geri aldı. Paralel olaraq Böyük Qayıdışın həyata keçirilməsi prosesi gedir. Düşünürəm ki, cərəyan edən proseslər Zəngəzur dəhlizinin açılmasına gedən yol xəritəsi ilə hərəkət edir. Ermənistan qlobal siyasi düzəndən çıxarılıb. Yeni dünya nizamında Ermənistan görünmür. Ermənistandan istifadə edərək bu prosesə maneə yaradanlar Əbu-Dabi-də kənarda qalmaqla mövcud reallıqla razılaşdıqlarını göstərdilər”.
R.Hüseynov bildirib ki, bu gün dövlətin ağıllı siyasi strategiyasına dəstək verən siyasətçilərin daha çox vahid mövqedən çıxış etməsinə ehtiyac var:
“Bu gün dünya sürətlə dəyişdiyinə görə fərqli münasibətlər də sərgilənir. Dərin siyasətdə isə qlobal güclərin qəbul etdiyi layihələr qəbul olunub, təsdiqlənib. Kim istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Regionda proseslərin tamamlaşması üçün bu baş verəcək".