Zərdabda Milli Qurtuluş Günü qeyd edilib

17:00 14.06.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Zərdabda 15 İyun - Milli Qurtuluş Günü qeyd olunub.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər düzüblər.

Tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mərdan Camalzadə rayon sakinlərini Milli Qurtuluş Günü münasibətilə təbrik edib, bu günün Azərbaycan xalqı üçün sadəcə bayram deyil, böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malik bir gün olduğunu vurğulayıb. Qeyd edib ki, ölkəmizin inkişaf strategiyası ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib və ötən illər ərzində müstəqil Azərbaycan Respublikası bu strategiyaya əsaslanaraq böyük inkişaf yolu keçib. Qazanılan bütün nailiyyətlərin əsasında ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanıb.

Sonra Zərdab şəhəri ərazisində inşa olunan abad məhəllənin açılışı olub. Bildirilib ki, şəhərin Azərbaycan küçəsi istiqamətində, 10-cu məhəllədə inşa edilən, sahəsi 0,54 hektara olan abad məhəllənin tikintisinə cari ilin aprel ayında başlanılıb və işlər iyun ayında başa çatdırılıb. Abad məhəllədə 1600 kvadratmetr sahəyə dekorativ tamet tavalar vurulub, 400 metr bardür düzülüb. Sakinlərin istirahəti üçün şərait yaradılıb, 2 əyləncə qurğusu hazırlanaraq uşaqların istifadəsinə verilıb. Ərazidə 2000 kvadratmetr sahədə yaşıllıq zonası salınıb, 100 ədəd həmişəyaşıl ağac əkilıb.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Jalə Əliyeva sakinləri 15 İyun - Milli Qurtuluş Günü və abad məhəllənin açılışı münasibətilə təbrik edib. Bildirib ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda xaos, anarxiya baş alıb gedir, iqtisadi tənəzzül yaşanır, ölkə vətəndaş müharibəsi ilə üz-üzə idi. Belə bir dövrdə – 1993-cü il iyunun 15-də görkəmli dövlət xadimi Heydər Əliyev xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Bununla da ölkəmizdə milli qurtuluş hərəkatının əsası qoyuldu və 15 iyun müstəqil Azərbaycan dövlətinin tarixinə Milli Qurtuluş Günü kimi daxil oldu.

Jalə Əliyeva qeyd edib ki, Ümummilli Liderimizin işləyib hazırladığı inkişaf konsepsiyası bu gün uğurla həyata keçirilir, yeni-yeni nailiyyətlər qazanılır. Bu, bir daha göstərir ki, Ulu Öndərin inkişaf konsepsiyası müstəqil Azərbaycanın uğur modelidir .

Oxunma sayı 711