Ziya Yusifzadə küçəsinin bir hissəsi bağlanıb

22:59 27.01.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Paytaxtın Səbail rayonu Ziya Yusifzadə küçəsində yolun bir hissəsi bağlanıb.

Hafta.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin baş inspektoru Araz Əsgərli bildirib buna səbəb Qurban Abbasov küçəsi ilə Ziya Yusifzadə küçəsinin kəsişməsində yerləşən qəzalı binanın söküntüsüdür.

“Yolda hərəkət məhdudlaşdırılmaqla istiqamət dəyişdirilib. Ziya Yusifzadə küçəsində ikitərəfli hərəkət təşkil edilib. Sürücülərdən bu dəyişikliyi nəzərə almağı xahiş edirik!”, - deyə baş inspektor bildirib.

Oxunma sayı 110