​​​​​​​Beyləqanda yanğına səbəb olan şəxs SAXLANILDI

16:06 01.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avqust ayının 31-də Beyləqan rayonunun Bolsulu qəsəbəsinin ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan hafta.az-a bildirilib ki, araşdırmalarla yanğını 55 yaşlı Natiq Əliyevin törətdiyi məlum olub. Hadisə nəticəsində 6 hektar ərazidə biçilmiş əkin sahəsi yanıb.

N.Əliyev saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.