"Bavariya" rekord qırdı

16:39 18.03.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Çempionlar Liqasının 1/8 finalının cavab qarşılaşmasında "Bavariya" "Latsio"nu qəbul edib.

İlk oyuna 4:1, cavab qarşılaşmasında isə 2:1 hesabıyla qalib gələn "Bavariya" adını 1/4 finala yazdırıb.

Münhen təmsilçisi 19-cu dəfə 1/4 finala yüksələrək Çempionlar Liqasında rekorda imza atıb. Daha öncə heç bir komanda bu göstəriciyə nail ola bilməyib.