"Çelsi" Jiru ilə müqaviləni uzatdı

12:17 25.04.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Çelsi" futbolçusu Olivye Jiru ilə müqaviləni uzadıb.

Fransalı hücumçunun yeni sözləşməsi 2021-ci ilin iyununa qədərdir. Klubun bunu tezliklə rəsmən açıqlayacağı bildirilib.

33 yaşlı forfardın müqaviləsi bu ilin iyununa qədər idi.

Qeyd edək ki, Jiru 2018-ci ildən London klubunda oynayır. O, bu mövsüm Premyer Liqada 9 matça 2 qol vurub.