"Ermənistan Sovet İttifaqından qalan qüsurlu mirasdır" - Hindistan mətbuatı

16:50 13.10.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Sentyabrda Ermənistanın Hindistandan 245 milyon dollar dəyərində ağır silah sifariş etməsinə dair xəbərlər bu ölkədəki narahatlıqları üzə çıxarıb.

Hafta.az-ın "Yeni akit"ə istinadən yazdığına görə, hind mətbuatı yazırdı ki, Ermənistana tank əleyhinə raketlərin, habelə Hindistan ordusunun istifadə etdiyi yerli “Pinaka” reaktiv yaylım atəşi sistemlərinin satışı Hindistanı mürəkkəb regional dalana dirəyəcək.

Bildirilib ki, hər zaman Qarabağ müharibəsində tərəf olmaqdan yayınan Hindistan, Türkiyənin dəstəklədiyi Azərbaycanın ağır itki verdiyi Ermənistana silah tədarük etmək yolunu seçməklə, özünü mürəkkəb tənlikdə bir növ oyunçu kimi yerləşdirəcək.

Hindistan mediası Dehli hökumətinin niyə Ermənistanı dəstəklədiyini soruşaraq, Ermənistanı Sovet İttifaqının qüsurlu mirası kimi qiymətləndirib.

Qeyd olunub ki, Rusiyanın Azərbaycan və Ermənistana təsiri getdikcə azalır. Türkiyənin Moskva ilə xüsusi münasibətinə baxmayaraq, Azərbaycanla da ittifaq yaradıb.

"Azərbaycanın ABŞ, Avropa Birliyi və İsraillə yaxın müttəfiqdir və bu, İranı qəzəbləndirir. Hindistanın dost və düşmən kimi gördüyü bu əlaqələrin bir-birinə qarışdığı bu dolaşıq vəziyyətdə Dehli uduzmuş tərəfi, yəni ABŞ-ın qarşı çıxdığı Rusiya və İran tərəfindən dəstəklənən Ermənistanı seçdi", - məqalədə qeyd olunur.

Ermənistanın Qarabağ müharibəsində "Bayraktar" PUA-larına qarşı qeyri-adekvat olduğunu qeyd edən Hindistan mətbuatı Türkiyə PUA-larının Rusiya hərbi texnikasına zərbə endirməsinin Moskvanın nüfuzuna xələl gətirdiyini bildirib.

Ermənistan hökumətinin Zəngəzur dəhlizini qəbul etməyin onun torpaqlarını və suverenliyini itirmək demək olduğunu anladığını qeyd edən Hindistan mətbuatı, “İrəvan bu şəraitdə Hindistandan kömək istədi. Hindistanı mürəkkəb tənliyə sürükləmək bir çox problem yaradacaq. Biz “tərəfsiz” silah tədarükçüsü olmaq istəyirik, yoxsa xarici siyasi qayğılarımıza əsaslanaraq hərbi texnika satan biri? Bunlar Dehli üçün həlli çox çətin problemlərdir”, - məqalədə bildirilib.

Siyasət rubrikasından digər xəbərlər