"Gəncə şəhərinin atəşə tutulmasını kəskin şəkildə pisləyirik" - Ukrayna səfirliyi

19:33 17.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Ukraynanın ölkəmizdəki səfirliyi Ermənistan ordusunun Azərbaycanın Gəncə şəhərinə raket zərbəsi vurmasını kəskin şəkildə qınayır və pisləyir.  

Bu sözlər Ukrayna Səfirliyindən Hafta.az-a daxil olan məlumatda deyilir. Qeyd edilir ki, sitat: Səfirlik, mülki şəxslərin ölümü və yaralanması, evlərin dağılması ilə nəticələnən Gəncə şəhərinin növbəti dəfə atəşə tutulması faktını kəskin şəkildə pisləyir. Mülki obyektlərə və mülki şəxslərə edilən hər cür hücum əsassızdır və dərhal dayandırılmalıdır.

"Həlak olanların ailələrinə və yaxınlarına səmimi qəlbdən başsağlığı verir, yaralananlara tezliklə yaxşılaşmalarını arzu edirik", - Səfirliyin bəyanatında qeyd olunur.