"Hazırda Ermənistanla imzalayacağımız hər hansı sənəd və ya razılaşmamız yoxdur. Biz münasibətlərin normallaşması üçün hansı addımları atacağımızdan danışırıq. Təəssüflə deyirəm ki, xüsusi nümayəndələrimiz 4 dəfə görüşüb, amma hər dəfə xaricdə".
Hafta.az-ın yazdığına görə, bunu Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir deyib ki, hazırda nümayəndələrin Türkiyə və Ermənistanda görüşməsinə razılaşıblar. Növbəti görüşlər Türkiyə və Ermənistanda keçiriləcək.
"Axı biz Ermənistanla normallaşma mövzusunda səmimiyik. Əsas problem odur ki, Ermənistanla Azərbaycan arasında daimi hərtərəfli sülh sazişi hələ imzalanmayıb. Bu istiqamətdə danışıqlar gedir və biz bu prosesi dəstəkləyirik. Azərbaycanla koordinasiyalı şəkildə hərəkət edirik. Demək istərdim ki, biz də, Azərbaycan da sülh məsələsində tam səmimiyik”, - nazir Çavuşoğlu deyib.