"Macarıstan Avropanın müsəlman qitəsi olmasını istəmir" - Macarıstanın eks ədliyyə naziri

11:33 20.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Avropa İttifaqı (Aİ) cəmiyyətdən fərqli xətt izləyən ölkələri şantaj edir".

Hafta.az-ın TASS-a istinadən yazdığına görə, Macarıstanın keçmiş ədliyyə naziri Judit Varqa deyib.

“İmmiqrasiya, gender siyasəti və ya ailə kimi məsələlərdə öz baxışı olan güclü milli mühafizəkar hökumətin siyasətinə görə Macarıstanla bağlı ikili standartlar mövcuddur. Biz avropalıyıq, amma fərqli fikirdəyik, Avropa İttifaqında isə ana xəttə əməl etməyənləri şantaj edirlər”, - deyə siyasətçi qeyd edib.

Onun fikrincə, ittifaqın miqrasiya siyasəti səhvdir və düşünülməyib, ona görə də Macarıstan avropalı bürokratların səhvlərinin əvəzini ödəməməlidir. O əlavə edib ki, Macarıstan Avropanın “müsəlman qitəsi” olmasını istəmir və miqrasiya probleminin həlli üçün Afrika ölkələrinə yardım kimi variantlar təklif edir.

Bundan əvvəl Almaniya prezidenti Frank-Valter Ştaynmayer bildirmişdi ki, Almaniya miqrantları qəbul etmək imkanlarını, o cümlədən Ukraynadan gələn qaçqın axınına görə tükənib. Prezident Avropa İttifaqının xarici sərhədlərinə nəzarətin gücləndirilməsinin, Avropaya gələn miqrantların bölgüsü üçün daha ədalətli sistemin qurulmasının, habelə insan qaçaqmalçılarına qarşı daha səmərəli mübarizənin aparılmasının vacibliyini vurğulayıb.