Yazını böyüt
Yazını kiçilt
"Neftçi" bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində cavab oyununa çıxıb.
Hafta.az xəbər verir ki, Bakı klubu evdə "Olimpiakos"u (Yunanıstan) qəbul edib. "Bakcell Arena"da keçirilən görüşdə "Neftçi" 0:1 hesabı ilə məğlub olub. Bu komandalar arasında Yunanıstanda oynanılan ilk görüşdə də eyni hesabla uduzan "Neftçi" Çempionlar Liqasında mübarizəni dayandırıb.
Samir Abasovun baş məşqçisi olduğu komanda Avropa Liqasının 3-cü təsnifat mərhələsində mübarizəni davam etdirəcək. "Neftçi" burada HİK-lə (Finlandiya) görüşəcək. Bakı təmsilçisi ilk oyunu avqustun 5-də evdə, cavab matçını isə bir həftə sonra səfərdə keçirəcək.
28 iyul
"Neftçi" - "Olimpiakos" (Yunanıstan) - 0:1
Qol: Masuras,15
"Bakcell Arena"
İlk oyun - 0:1