"Neftçi" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində

23:10 14.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində son Azərbaycan çempionu “Neftçi” evdə Tbilisi “Dinamo” ilə cavab oyununa çıxıb.

Hafta.az xəbər verir ki, "Bakcell Arena"da keçirilən görüşdə Bakı təmsilçisi 2:1 hesabı ilə qalib gəlib. İlk matçda da eyni hesablı qələbə qazanan Samir Abasovun baş məşqçisi olduğu komanda növbəti mərhələyə yüksəlib.

"Neftçi" 2-ci təsnifat mərhələsində “Olimpiakos”la (Yunanıstan) qarşılaşacaq. İlk oyun iyulun 21-də səfərdə, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək.

14 iyul
I təsnifat mərhələsi, cavab oyunu

“Neftçi” (Azərbaycan) – “Dinamo” (Tbilisi, Gürcüstan) - 2:1
Qollar: Milan Radin, 52 (0:1), Emin Mahmudov, 58-pen (1:1), Namik Ələskərov, 68 (2:1)
Baş hakim: Dumitru Muntean (Moldova)
“Bakcell Arena”