"Neftçi" HİK-lə heç-heçə etdi

23:07 03.08.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Avropa Liqasındakı yeganə təmsilçimiz "Neftçi" turnirin 3-cü təsnifat mərhələsində ilk oyununa çıxıb.

Hafta.az xəbər verir ki, paytaxt klubu evdə Finlandiya HİK-i ilə qarşılaşıb. "Bakcell Arena"da keçirilən oyun 2:2 hesabı ilə başa çatıb. 

Qeyd edək ki, komandalar arasında cavab görüşü avqustun 12-si Helsinkidə oynanılacaq. Cütün qalibi isə pley-off mərhələsində "Fənərbaxça" (Türkiyə) ilə üz-üzə gələcək.

Avropa Liqası, 3-cü təsnifat mərhələsi
3 avqust

"Neftçi" (Azərbaycan) - HİK (Finlandiya) - 2:2 
Qollar:
 Buqrin, 59 (1:0), Riski, 61 (1:1), Jair, 65 (1:2), Emin Mahmudov, 80 (2:2)
Bakı, "Bakcell Arena"

Oxunma sayı 935