"Neftçi" məğlub oldu, "Zirə"dən heç-heçə

21:12 06.11.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında "Zəfər turu"na start verilib. 

Hafta.az xəbər verir ki, 10-cu turun ilk oyun günündə 2 matç keçirilib.

Əvvəlcə "Sabah" "Zirə"ni qəbul edib və 3:3 hesabı ilə bərabərə qalıb.

Digər görüşdə isə son çempion "Neftçi" "Keşlə"nin qonağı olub və 2:3 hesabı ilə uduzub. 

Turun qalan oyunları sabah keçiriləcək.

6 noyabr (şənbə)

“Keşlə” – “Neftçi” - 3:2 

Qollar: Bezerra, 11 (0:1), 35 (0:2), Santos, 41-pen (1:2),  Rəhman Hacıyev, 49 (2:2), Abanq, 86 (3:2)
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Nicat İsmayıllı
“ASK Arena”

“Sabah” – “Zirə” - 3:3 

Qollar: Mikels, 1 (1:0), Volkov, 5 (1:1), Mikels, 23 (2:1), Kamara, 45+2 (3:1), Volkov, 59 (3:2), 81 (3:3)
Qırmızı vərəqə: Kamara, 47 ("Sabah")
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Rəhman İmami, Rauf Allahverdiyev
“Bank Respublika Arena”

7 noyabr (bazar)

15:00. “Səbail” – “Qəbələ”
Hakimlə
r: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Rövşən Rəcəbov
“ASCO Arena”

19:30. “Sumqayıt” – “Qarabağ”
Hakimlər
: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Kamranbəy Rəhimov
“Kapital Bank Arena”.