"Neftçi" xal itirdi, "Zirə" 4-cü pilləyə yüksəldi

20:00 01.02.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 2019/2020 mövsümünün ikinci yarısına start verilib.

Hafta.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

"Zirə" doğma meydanda "Sabah"la qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
 
Günün son oyununda "Neftçi" "Sumqayıt"ı qəbul edib. Matç 1:1 hesabı ilə başa çatıb.

Qeyd edək ki, turun digər iki görüşü sabah oynanılacaq.

1 fevral (şənbə)

“Neftçi” – “Sumqayıt” - 1:1
Qollar: 
Rəhim Sadıxov, 43 (0:1), Baqali Dabo, 71 (1:1)
Qırmızı vərəqə: Voyislav Stankoviç, 41 ("Neftçi")
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Cavanşir Yusifov, Namiq Bəkirov
“Bakcell Arena”

“Zirə” – “Sabah” - 2:0
Qollar: 
Ağabala Ramazanov, 45+2, Riçard Qadze, 78
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rəşad Əhmədov
Zirə İdman Kompleksinin stadionu

2 fevral (bazar)

15:00. “Qəbələ” – “Keşlə”
Qəbələ şəhər stadionu,

17:30. “Səbail” – “Qarabağ”
“ASCO Arena”