Bu gün Azərbaycan Premyer Liqasında 8-ci tura start verilib.
Hafta.az xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.
Əvvəlcə "Sabah" evdə "Sumqayıt"ı qəbul edib və 3:0 hesabı ilə qalib gəlib. Bu, Bakı klubunun 2021/2022 mövsümündə ölkə çempionatındai ilk qələbəsi olub. Digər görüşdə isə "Neftçi" doğma meydanda "Zirə" ilə üz-üzə gəlib və 2:1 hesabı ilə qalib gəlib.
23 oktyabr (şənbə)
“Neftçi” – “Zirə” - 2:1
Qollar: Ağabala Ramazanov, 6 (0:1), Sezar Meza Kolli, 39 (1:1), Mirabdulla Abbasov, 84 (2:1)
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov
“Bakcell Arena”
“Sabah” – “Sumqayıt” - 3:0
Qollar: Fofana, 60, 83, Ceyhun Nuriyev, 79
Qırmızı vərəqə: Murad Xaçayev ("Sumqayıt")
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Rəhman İmami, Rauf Cabarov
“Bank Respublika Arena”