"Niyə Ərdoğan birinci turda seçilmədi?"

10:30 16.05.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Rusiya mətbuatında Türkiyədə keçirilən seçkilərin əks-sədaları davam edir.

Hafta.az-ın yazdığına görə, RİA agentliyi, seçkinin nəticələrini, "Türkiyə sərhəddə: Ərdoğan niyə yenidən seçilmədi?" başlıqlı xəbər təhlildə müzakirə edib.

Ərdoğanın ilk turda seçiləcəyini gözlədiyini qeyd edən Rusiya mətbuatı, “Ancaq ölkənin qərb hissəsi və kürdlər İslam və türk millətçiliyinə söykənən prezidentə qarşı çıxdı. Müxalifət İstanbulda, Ankarada, İzmirdə qalib gəldi”, - deyə yazıb.

Rusiya Elmlər Akademiyasının Yaxın Şərq və Postsovet Şərq ölkələri şöbəsinin müdiri Vladimir Avatkov Kılıçdaroğlunun mümkün uğurunun Moskvanın marağında olmadığını müdafiə edib.

Ərdoğanın Türkiyəni Avrasiya, Kılıçdaroğlunu isə Qərb oxuna qoymaq istədiyini iddia edən rusiyalı akademik “Ola bilsin ki, ikinci turdan əvvəl müxalifət ABŞ və Avropa Birliyinin dəstəyinə arxalanaraq həvəsi artıra bilər. Əksər türklər Avropa İttifaqına daxil olmaq istəyir, lakin Brüsselin Ankara ilə yaxın əlaqəsinə baxmayaraq, bu baş verməyəcək”, - deyə o bildirib.

Türkiyədə seçkilərin ikinci turunun “müxalifətin ölkəni Qərbin oxuna çıxarması üçün son şans” olduğu fikrini səsləndirən politoloq yaxın gələcəkdə “bir daha belə bir fürsətin yaranmayacağını” proqnozlaşdırıb.

Avatkov həmçinin bildirib ki, parlamentdəki yerlərin bölüşdürülməsi Kılıçdaroğlunun yenidən parlament sisteminə keçməsini təmin etməyin çox çətin olduğunu göstərib.

Siyasət rubrikasından digər xəbərlər