"Qalatasaray" Muslera ilə yolları ayırır

17:11 01.01.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qalatasaray" qapıçısı Fernando Muslera ilə yolları ayırmağa qərar verib.

Hafta.az xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb. Bildirilib ki, uruqvaylı qolkiper tez-tez zədələnməsi səbəbindən klub rəhbərliyi onunla müqaviləni ləğv etmək qərarına gəlib. İstanbul təmsilçisinin artıq yeni qapıçı axtarışlarına başladığı vurğulanıb.

Qeyd edək ki, Musleranın klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin yayı başa çatır. O, 2011-ci ildən "Qalatasaray"da oynayır.