"Qarabağ", "Neftçi" və "Zirə"dən qələbə

23:50 14.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Azərbaycan Premyer Liqasında 27-ci turun oyunları keçirilib.

Hafta.az
 xəbər verir ki, bu gün bütün görüşlər oynanılıb. "Qəbələ" öz meydanında "Sabah"la qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Digər oyunda lider "Qarabağ" "Keşlə"ni qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Eyni vaxta başlayan oyunlarda "Neftçi" "Sumqayıt"ı 1:0, "Zirə" "Səbail"i 2:0 hesabı ilə məğlub edib.

Bu nəticələrdən sonra "Qarabağ" 57 xalla 1-ci, "Neftçi" 56 xalla 2-ci pillədə qərarlaşıb.

Beləliklə,  çempionluğun taleyini son turda həll olunacaq.  Mövsümün son turunda "Neftçi" "Qarabağ"ı qəbul edəcək.

14 may (cümə)

“Qarabağ” – “Keşlə” - 2:0
Qollar: 
Mahir Emreli, 47, Ovusu Kvabena, 74
Reallaşdırılmayan penalti: Mahir Emreli "Qarabağ", 80 - qapıçı penaltini dəf edib
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev
“Azersun Arena” 

“Sumqayıt” – “Neftçi” - 0:1
Qol: 
Voyislav Stankoviç, 45+1
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
"Kapital Bank Arena”

“Zirə” – “Səbail” - 2:0
Qollar: 
Ağabala Ramazanov, 58, Nemanya Andelkoviç, 64
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Nahid Əliyev, Namiq Bəkirov
Zirə İdman Kompleksinin stadionu

“Qəbələ” –“Sabah” - 2:2
Qollar: 
Xulio Sezar Rodriqes, 28 (0:1), Slavik Alxasov, 59 (0:2), Nikolas Raysel, 63 (1:2), Stefan Vukçeviç, 65 (2:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
Qəbələ şəhər stadionu