"Qarabağ", "Sumqayıt" və "Keşlə"nin potensial rəqibləri bilinib

17:13 19.07.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bu gün Konfrans Liqasında III təsnifat mərhələsinin püşkatma mərasimində Azərbaycan klublarının potensial rəqibləri də bəlli olub.

Hafta.az bildirir ki, “Qarabağ”, “Sumqayıt” və “Keşlə” II təsnifat mərhələsini adlasa, hansı cütlə qarşılaşacağı müəyyənləşib.

“Qarabağ” – “Aşdod” (İsrail) cütünün qalibi AEL (Kipr) – “Vlajnia” (Albaniya) güclüsü ilə görüşəcək. Komandamız ilk oyunu rəqib meydanında keçiriləcək.

“Çukariçki” (Serbiya) – “Sumqayıt” matçlarında tur adlayan komandanın rəqibi “Hammarbü” (İsveç) – “Maribor” (Sloveniya) cütündə bəlli olacaq. Bu mərhələdə ilk matça təmsilçimiz ev sahibliyi edəcək.

“Soçi” (Rusiya) - “Keşlə” cütünün qalibi isə “Partizan” (Serbiya) – “Dunayska Ştreda” (Slovakiya) ilə qarşılaşacaq. Təmsilçimiz mərhələ keçsə, növbəti raunda evdə başlayacaq.

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları avqustun 5-də və 12-də keçiriləcək.

Oxunma sayı 562